Elm və təhsil naziri Emin Əmrullayevin 30 mart 2023-cü il tarixində Göygöl rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun vaxtı dəyişdirilib. Vətəndaş qəbulu martın 31-də keçiriləcək. 

 

Qəbulda Göygöl, Gəncə, Naftalan, Daşkəsən, Goranboy, Samux, Kəlbəcər və Xocalı sakinlərinin iştirakı nəzərdə tutulub. 

 

Qeyd edək ki, müvafiq qaydada müraciət etmiş və adları qəbula yazılanlar siyahısında olan şəxslər qəbulun keçirildiyi otağa şəxsiyyət vəsiqəsi əsasında buraxılacaqlar.