Naxçıvan Dövlət Universitetində ilk dəfə "Yer saatı 2023" adlı ekoloji aksiya keçirilib.
Universitetdən bildirilib ki, ictimaiyyətin diqqətini iqlim dəyişikliyinin yaratdığı təhlükələrə yönəltmək və enerjiyə qənaətə təşviq etmək məqsədi ilə baş tutan "Yer saatı 2023" adlı ekoloji aksiya Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə keçirilib. Aksiyada universitet rəhbərliyi, fəal gənclər və könüllülər iştirak ediblər.
Saat 20:00-da 1 saat ərzində işıqlar söndürülüb, simvolik olaraq şamlarla "60+" yazısı işıqlandırılıb.