Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə “Grand-Agro” Məhdud Məsuliyyətli Cəmiyyətin rəhbərliyi  arasında görüş keçirilib.

 

ADAU-nun rektoru vəzifəsini icra edən Zəfər Qurbanov ali təhsil müəssisəsində kadr hazırlığı sahəsində görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb.


Yerli və xarici şirkətlərlə universitetin sıx əməkdaşlığını xüsusi diqqətə çatdıran Z.Qurbanov bildirib ki, məzunların müasir kənd təsərrüfatı mütəxəssisi tələblərinə cavab verməsi və işlə təmin olunması əsas məsələlərdəndir. Buna görə də Azərbaycan Dövlət Aqrar Universiteti aqrar yönümlü müəssisələrlə əməkdaşlığa xüsusi önəm verir.
 

“Grand-Agro” MMC-nin icraçı direktoru Tofik Gamidov birgə həyata keçirilə biləcək layihələrdən danışıb.
 

Görüşdə təlim və seminarların keçirilməsi, birgə elmi-tədqiqat işlərinin aparılması, tələbələr və məzunların şirkətin kadr bankına daxil edilməsi məsələləri də müzakirə olunub.
 

Sonda ADAU ilə “Grand-Agro” MMC arasında birgə əməkdaşlığa dair memorandum imzalanıb.