Çinin “Elephone” şirkəti çətin şəraitdə iş üçün nəzərdə tutulan və “Quad HD” (2560x1440 piksel) təsvir ölçülü ekranla təchiz edilən ilk smartfon yaradıb. “Elephone Soldier” adlanan model 190 dollara təklif olunur.

 

www.3dnews.ru saytının məlumatına görə, smartfonun ekranının diaqonal ölçüsü 5,5 düym təşkil, aparat platforması rolunda isə “MediaTek Helio X25” birkristallı sistemi çıxış edir. Daxili yaddaşın tutumu modifikasiya və qiymətdən asılı olaraq 64-128 Gb arasında dəyişir. Operativ yaddaşın həcmi isə 4 giqabayta bərabərdir.

 

“Elephone Soldier” smartfonunun arxa tərəfi 21 meqapikselli sensor əsasında yaradılıb, ön fotomodulunun əsasını 16 meqapikselli ötürücü  təşkil  edir.  Qurğunun  enerji  mənbəyi  2  gün  enerji  toplamadan işləyən 5 min milliamper/saat tutumlu akkumulyator batareyasıdır.

 

Korpusu zərbəyə davamlı olan smartfon, həmçinin “IP68” standartı üzrə sukeçirməzdir və tozdan mühafizəyə malikdir. Bu isə o deməkdir ki, qurğu 30 dəqiqə ərzində suyun 2 metr dərinliyində qala bilər. Bundan başqa, adi telefonlara xas olmayan xüsusiyyətlər arasında fiziki kompas və SOS düyməsi qeyd edilir.