“Sumqayıt” futbol akademiyasında perspektivli futbolçuların inkişafına xidmət edən “ İstedad Proqramı” layihəsi həyata keçirilir. Proqram 4 modul üzrə mövsümün sonunadək davam edəcək. Həftənin bazar ertəsi günləri keçirilməsi nəzərdə tutulan proqramda hər mərhələ üçün U-12-dən U-15-dək olan komandalarda fərqlənən 12 futbolçu seçilir. Ötən il proqramın ilkin mərhələsində U-15, U-16, U-17 və U-19 komandalarının aparıcı üzvləri iştirak ediblər.
Proqram üzvlərinə layihə çərçivəsində həftədə bir dəfə ingilis dili öyrədilir və fiziki göstəricilərinin inkişafına xidmət edən xüsusi çalışmalar – şahmat oyunları, texniki məşqlər, öz oyunlarının video analizləri təşkil olunur.
Qeyd edək ki, məşqlər zamanı özlərini fərqli şəkildə göstərməyi bacaran futbolçuların da gələcəkdə mövsüm ərzində dəyişikliklər zamanı layihəyə cəlb olunacaqları nəzərdə tutulub.
Sifai SƏFƏROVA