Əsər Moskvada keçirilən 31-ci Beynəlxalq Kitab Sərgi-Yarmarkasında nümayiş etdirilib


Rusiyanın paytaxtı Moskva şəhərində 31-ci Beynəlxalq Kitab Sərgi- Yarmarkası keçirilib.

 

Yarmarka çərçivəsində 30 ölkənin 300-dən çox nəşriyyatın elm, təhsil, sorğu-ensiklopedik, uşaq ədəbiyyatına dair kitablar, monoqrafiya, dərslik, metodik vəsaitlər və məruzələri, sənədli filmlər nümayiş olunub.

 

Sərgidə AMEA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov, institutun Hidrogeologiya və mineral sular laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Fizzə Məmmədova və Coğrafiya şöbəsinin kiçik elmi işçisi Qiyas Qurbanovun həmmüəllifi olduğu “Cəmiyyət və təbiətin qarşılıqlı əlaqəsində ekologiya və ətraf mühit” adlı kitab da nümayiş etdirilib. Bölməsinin əməkdaşlarının sözügedən kitabı elmin və təhsilin inkişafında əhəmiyyətinə görə, Təşkilat Komitəsinin “Qızıl medal” mükafatına layiq görüb. Həmin nəşr Təbiətşünaslıq Akademiyasının ekspozisiyasında sərginin annotasiya olunan kataloquna salınıb və kitabın həmmüəllifləri sessiyada və sərgidə iştirak etmək üçün dəvət alıb.