Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) Təhsil Könüllüləri Tələbə Birliyinin təşkilatçılığı ilə 14 mart – Beynəlxalq Pi Günü ilə bağlı intellektual yarış keçirilib. Yarışda universitetin riyaziyyat fakültəsinin dekanı dosent Araz Fərəcov, dekan müavini Tünzalə Hüseynova və fakültənin müəllimləri iştirak ediblər.

 

Tələbələrdən ibarət beş komandanın qələbə uğrunda mübarizə apardığı yarışda iştirakçılar öz biliklərini yoxlayıblar. İki mərhələdən ibarət yarışmada 45 sualdan ən çoxuna doğru cavab verən “Fateh” komandası olub və mübarizəni qazanıb.

 

Sonda qalib komanda diplomla mükafatlandırılıb.