8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə "Qadın həmrəyliyi hər yerdə" adlı voleybol yarışı keçirilib.

 

Voleybol yarışı 220 nömrəli məktəb-liseyin və 56 nömrəli tam orta məktəbin qadın müəllimləri arasında təşkil olunub.

 

Bakı şəhəri 56 nömrəli tam orta məktəbin idman zalında keçirilən yarışda hər komandadan 6 əsas və 2 əvəzedici oyunçu iştirak edib. Komandaların kapitanları ümumi təhsil müəssisələrinin rəhbərləri olub.

 

Dostluq, sağlam həyat tərzinə çağırış, əməkdaşlıq, qadın həmrəyliyi ruhunda baş tutan yarışda 56 nömrəli tam orta məktəbin komandası qalib gəlib.

 

Sonda hər iki komandanın üzvlərinə güllər təqdim olunub.