Elm və təhsil naziri Emin Əmrullayev ikinci “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb.
Nazir qalibləri təbrik edib və mentor olaraq birillik fərdi inkişaf planı əsasında onlarla sıx əməkdaşlıq edəcəyini, təcrübəsini bölüşəcəyini, həmçinin potensiallarını üzə çıxarmaqda dəstək olacağını bildirib.
Görüşdə Emin Əmrullayev qalibləri Elm və Təhsil Nazirliyinin fəaliyyət istiqamətləri barədə məlumatlandırıb, ilkin təkliflərin hazırlanması üçün onlara müvafiq tapşırıqlar təqdim edib.
İkinci “Yüksəliş” müsabiqəsinin qalibləri isə öz növbələrində təşəkkür edərək mentorluq proqramı çərçivəsində Emin Əmrullayevin şəxsi təcrübəsindən faydalanmaq istədiklərini bildiriblər.