8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) kitabxanasında ali məktəbin qadın əməkdaşlarının müəllifi olduğu kitabların sərgisi keçirilib.
Sərgidə AzMİU strukturlarının qadın rəhbərləri, universitetin, o cümlədən kitabxananın əməkdaşları iştirak ediblər.
AzMİU-nun elektron kitabxanasının rəhbəri Aytən Rəhmanova tədbir iştirakçılarını təbrik edib, AzMİU-da qadın əməkdaşlara hər zaman yüksək diqqət, qayğı göstərildiyini bildirib.
Tədbirdə universitetin memarlıq fakültəsinin tələbələri tərəfindən hazırlanan, AzMİU-nun rəhbər vəzifələrdə çalışan xanım əməkdaşlarından bəhs edən video-çarx izlənilib.
Sonda sərgiyə baxış olub.