Uğurları çox, arzuları böyük olan paytaxt məktəblisi
Qəndab Məmmədova 2005-ci il aprelin 2-də Bakı şəhərində anadan olub. Kiçik yaşlarından istedadına görə yaşıdlarından fərqlənib. Hazırda Bakıdakı 279 nömrəli tam orta məktəbin 11-ci “a” sinif şagirdidir. Qardaşı Mehdi ilə bir sinifdə oxuyur.
Paytaxt məktəblisi 2020-ci ildə Elm və Təhsil Nazirliyinin elan etdiyi III Qrant müsabiqə çərçivəsində, fərdi kateqoriya üzrə “Gələcəyin dahiləri” adlı layihədə birincilik qazanıb. Məktəbin direktoru, həm də Qəndabın fizika müəllimi Südabə Abdullayevanın onun üzərində zəhməti böyük olub. Qəndabın uğurları da məhz o vaxtdan başlayıb. Bu günə kimi də bir-birinin ardınca böyük uğurlar əldə edir.
2021-2022-ci illərdə Respublika Fənn Olimpiadasında fizika fənni üzrə 2-ci yeri tutduğuna görə gümüş medala layiq görülüb. İOAA-da (İnternational Olympiad of Astronomy and Astrophysic) Azərbaycanın 5 təmsilçisindən biri olub.
2022-ci ildə “Şuşa İli”nə həsr olunmuş astronomiya olimpiadasında iştirak edərək qızıl medal qazanıb. Həmin ildə İPHO-da (İnternational Physics Olympiad) Azərbaycanlı ilk qız təmsilçi və 400 nəfərin iştirak etdiyi olimpiadada 40 qız şagirddən, İOAA (İnternational Olympiad of Astronomy and Astrophysic) Azərbaycanın 5 təmsilçisindən biri olub və 2022-ci il Copernicus Olympiad Local round- qızıl medal alıb.
Qəndab uğurlarının üstünə uğur gətirərək, 2023-cü ildə İnternational Copernicus Olympiadasında və İZHO-da 1-ci yeri tutaraq qızıl medal əldə edib.
5-ci Azərbaycan Uşaqlarının Ümumrespublika Forumunda fəal iştirakçı, AYİMUN (Asia Youth İnternational Modern United Nations) azərbaycanlı 2 iştirakçıdan, “Gələcəyin dahiləri” layihəsində həvəskar fizika olimpiada müəllimlərindən biri olaraq, həm də oxuduğu məktəbdə fizikadan olimpiadaya hazırlaşan yoldaşlarına və digər məktəblərdən də müraciət edən dostlarına olimpiada məsələlərinin həllərinə aid dərs keçir.
Qəndabın uğurları çox olduğundan arzuları böyükdür. O, daha böyük uğurlara imza atmaq üçün səylə çalışır.
Biz də Qəndab Məmmədovaya təhsil yollarında yeni-yeni uğurlar arzulayırıq.
Şakir CƏFƏROV