Fevralın 26-da Elm və Təhsil Nazirliyinin kollektivi Xocalı soyqırımının 31-ci ildönümü münasibətilə “Ana harayı” abidəsini ziyarət edib.

 

Xocalı şəhidlərinin xatirəsinə ucaldılmış abidənin önünə qərənfillər düzülüb, faciə qurbanları dərin ehtiramla yad olunub.