Xocalı şəhər 4 nömrəli tam orta məktəbdə Xocalı Rayon İcra Hakimiyyəti, rayon polis şöbəsi və  rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə “Məişət zorakılığı problemi və bu problemə qarşı birgə mübarizə tədbirləri” mövzusunda maarifləndirici tədbir keçirilib.

 

Rayon təhsil sektorundan aldığımız məlumata görə, tədbirdə çıxış edənlər məişət zorakılığının geniş yayılmış gender problemi olduğunu və demək olar ki, əksər ailələrdə özünü müəyyən formalarda büruzə verdiyini, bəzən fiziki, bəzən də psixoloji təzyiq və təcrid edilmə kimi formalarda müşahidə olunduğunu diqqətə çatdırıblar.

 

Tədbirin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.

 

Şakir CƏFƏROV