Beyləqan Rayon İcra Hakimiyyəti, rayon polis şöbəsi və rayon təhsil sektorunun birgə təşkilatçılığı ilə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib.
Mil-Muğan RTİ-dən daxil olan məlumata görə, tədbirdə RİH başçısının birinci müavini Telman Məstanov, RPŞ-nin rəisi Rüstəm Cəfərov və əməkdaşları, RTS müdir əvəzi Həsən Məmmədov, Dünyamalılar kənd tam orta məktəbinin IX-XI sinif şagirdləri, valideynlər və müəllimlər iştirak ediblər.
Tədbirdə çıxış edənlər dövrümüzün bəlası olan narkomaniyanın insanlara vurduğu mənəvi və maddi zərərlərdən danışıblar. Bu bəlaya düçar olan şəxslərin sağlam həyata qayıtmalarının çox çətin olduğunu vurğulayan çıxışçılar şagirdlərə diqqətli olmağı, narkotik aludəçisinə çevrilmiş şəxslərdən uzaq durmağı tövsiyə ediblər.
Narkomaniyanın bütün dünya üçün təhlükə mənbəyi olduğu diqqətə çatdırılaraq, bu bəlaya qarşı ölkəmizdə aparılan mübarizədən, qəbul olunan dövlət proqramından danışılıb, son illərdə bu istiqamətdə aparılan genişmiqyaslı maarifləndirici tədbirlərin əhəmiyyəti qeyd edilib.
Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.
Şakir CƏFƏROV