Elm və Təhsil Nazirliyinin Coğrafiya İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 8-ci sinif şagirdləri ilə görüş keçirilib.
İnstitutun dəhlizlərindəki stendlərlə tanışlıqdan sonra akt zalında davam edən tədbirdə baş direktor Zakir Eminov coğrafiya elmindəki yeniliklər və nailiyyətlər, bu sahənin korifeyləri və s. haqqında söhbət açıb, şagirdlərə təhsildə uğurlar arzulayıb.
İcraçı direktor əvəzi Zaur İmrani məktəbliləri coğrafiya elminin sahələri, institut nəzdindəki laboratoriya və bölmələrin fəaliyyəti ilə tanış edib.
Sonra Gənc Alim və Mütəxəssislər Şurasının sədri Bəyimxanım Hüseynova, GİS mütəxəssisi Nazim Gəraylı, böyük elmi işçi Samirə Abuşova gənc alimlərin apardıqları elmi tədqiqatlar, müasir texnologiyalar vasitəsilə rəqəmsal xəritələrin tərtibi və s. haqqında şagirdlərə məlumat verib, onları maraqlandıran sualları cavablandırıblar.
Sonda məktəbin coğrafiya müəllimi Tünzalə Məmmədova tədbirin təşkilatçılarına və institut rəhbərliyinə minnətdarlığını bildirib.