“Xocalı soyqırımının otuz birinci ildönümü ilə bağlı Tədbirlər Planı”nın təsdiq edilməsi barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin əmri imzalanıb.
Əmrə əsasən, fevralın 24-ü və 25-i təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan xüsusi dərslər təşkil olunacaq.
Həmçinin təhsil müəssisələrində Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsi, xocalıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda soyqırımı şahidləri, həlak olmuş şəxslərin ailə üzvləri ilə görüşlərin təşkil edilməsi nəzərdə tutulur.
Bundan əlavə, təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan ədəbi-bədii kompozisiyalar, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri təşkil ediləcək, sənədli və bədii filmlər nümayiş olunacaq.