Türkiyədə baş verən dəhşətli zəlzələdə 4 azərbaycanlı tələbə həlak olub.  Malatyada dağıntılar altında qalan tələbələrin hamısının cəsədi uzun axtarışlardan sonra tapılıb.

 

Meyitlərin üzərində tibbi ekspertiza aparılıb və onların Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə olduğu müəyyən edilib.

 

Qeyd edək ki, onlar Malatya şəhərindəki İnönü Universitetində təhsil alırdılar.  Tələbələrimizin cənazəsi fevralın 16-da ölkəyə gətiriləcək.

 

Azərbaycanlı tələbələrin həlak olmasından kədərlənir, doğmalarına, yaxınlarına dərin hüznlə başsağlığı veririk.