Türkiyə universitetlərində dərslər yaya qədər onlayn qaydada keçiriləcək. Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, ali məktəblərin hamısının yataqxanaları zəlzələdən əziyyət çəkənlərə xidmət göstərəcək.
Ölkənin zəlzələyə məruz qalan 10 əyalətindəki orta məktəblərdə isə təhsil martın 1-ə kimi dayandırılıb. Bu barədə təhsil naziri Mahmud Özer deyib.