İkinci Nəfəs Psixologiya Mərkəzi və Qəbələ Rayon Təhsil Sektorunun birgə təşkilatçılığı ilə şəhər 5 nömrəli tam orta məktəbdə 9-11-ci sinif şagirdləri arasında "Smart Gənc" layihəsi həyata keçirilib.

 

Təhsil  sektorundan bildirilib ki, layihə çərçivəsində şagirdlərə uğurun sirri, əylənərək öyrənmə yolları, imtahan həyacanının idarə edilməsi və s. mövzularda məlumatlar verilib, şagirdlərin mövzu ilə bağlı sualları cavablandırılıb.

 

Sonda layihə iştirakçılarına sertifikatlar təqdim edilib.

 

Şakir CƏFƏROV