Ağstafa Rayon İcra Hakimiyyətinin, Ağstafa Rayon Təhsil Sektorunun, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Ağstafa “Gənclər Evi” Sosial Xidmət Müəssisəsi və “Keşikçidağ” dövlət tarix-mədəniyyət qoruğunun birgə təşkilatçılığı ilə Ağstafa rayon ümumtəhsil müəssisələrinin gənc tarix müəllimləri arasında “Heydər Əliyev-Əsrin lideri” Nə? Harada? Nə zaman? adlı intellektual yarış keçirilib.

 

Ağstafa şəhər 3 nömrəli tam orta məktəbin akt zalında 15 komandanın iştirakı ilə keçirilən üç mərhələdən ibarət intellektual yarışda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini, irsini, o cümlədən bölgəmizin tarixi abidələrini əhatə edən suallar çətinlik dərəcəsinə görə qruplaşdırılıb.

 

Dağ Kəsəmən kənd 1 nömrəli tam orta məktəbi təmsil edən “Cəbrayıl” komandası I, Qaçaq Kərəm kənd tam orta məktəbi təmsil edən “Göyəzən” komandası II və Ağstafa şəhər texniki-humanitar təmayüllü liseyi təmsil edən “Xarı Bülbül” komandası III yerə layiq görülüb.

 

Şakir CƏFƏROV