Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) bakalavr və magistrantları Erasmus+ və Non-erasmus proqramı çərçivəsində Almaniya, Koreya, Litva, Bolqarıstan, Fransa, Polşa, Türkiyə, Macarıstan və İspaniya universitetlərində mübadilədə iştirak edəcəklər. 12 tələbə Erasmus+, 15 tələbə isə Non-erasmus mübadilə proqramı çərçivəsində yaz semestrində həmin ölkələrdə təhsil alacaqlar.

 

Bu barədə UNEC-dən bildirilib.