Bakı Dövlət Universitetinin tələbələri yarışda iştirak edirlər


Bakı Dövlət Universitetinin (BDU) şərqşünaslıq fakültəsinin tələbələri Oman Sultanlığında keçirilən Ərəb dili üzrə Asiya debat çempionatında iştirak edirlər. BDU-dan bildirilib ki, bu, fakültə tələbələrinin hər il keçirilən ənənəvi debat yarışlarında ardıcıl olaraq dördüncü iştirakıdır. Ötən il yarış Türkiyənin İstanbul şəhərində keçirilib. Bu il Omanda keçirilən yarışda fakültəni “Regionşünaslıq” (ərəb ölkələri üzrə) və “Tərcümə” (ərəb dili) ixtisaslarında təhsil alan III-IV kurs tələbələri Mohəmmədəli Axundov, Zeynəb Atamalıyeva, Simuzər Məmmədzadə və Seyidəkbər Axundov təmsil edir.  

 

Yarışın məqsədi Asiya regionunda yaşayan gənclər arasında ərəb dilində danışıq və debat bacarıqlarının inkişaf etdirilməsidir.

 

Yanvarın 27-də başlayan çempionat  fevralın 2-dək davam edəcək.