Gənclər Fondunun maliyyə dəstəyi, Kənd Təsərrüfatı Nazirliyi, Aqrar İnkişaf Könüllüləri Təşkilatının tərəfdaşlığı və Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) təşkilatçılığı ilə Gəncə şəhərində “Aqrar Təhsilli Gənclər üçün Karyera Planlaması Layihəsi” adlı layihə həyata keçiriləcək.
ADAU-dan bildirilib ki, ölkədə aqrar sahənin beynəlxalq rəqabətə tab gətirməsi zərurətinin ortaya çıxdığı bir vaxtda, bu sahədə əmək bazarında müasir tələb və təklifin formalaşdığı dövrdə aqrar təhsilin və aqrar sahədə müasir karyera planlamasının rolunun əhəmiyyəti təlimlər vasitəsilə gənclərə çatdırılacaq. Layihə çərçivəsində kənd təsərrüfatı sahəsində aqrar təhsilli gənclərin inkişafının artırılması istiqamətində maarifləndirici təlimlər təşkil olunacaq. 5 gün müddətində peşəkar mütəxəssislər tərəfindən müxtəlif mövzularda təlimlər keçiriləcək, həmçinin, uğurlu layihə iştirakçılarının təcrübə müəssisələrində iştirakına dəstək göstəriləcək. Layihənin sonunda iştirakçılara sertifikatlar veriləcək. Eyni zamanda onların məşğulluğunun təmin edilməsi istiqamətində pulsuz karyera məsləhəti veriləcək.
Layihəyə 18-29 yaş arasında olan, aqrar sahəni sevən, bu sahədə təhsilini başa vuran, həmçinin bu sahədə təhsil alan və gələcək karyerasını kənd təsərrüfatında davam etdirmək istəyən işsiz gənclər qoşula bilər.
Son qeydiyyat tarixi: 31.01.2023
Müraciət üçün: http://shorturl.at/jlrIU