M.Maqomayev adına 26 nömrəli onbirillik musiqi məktəbində Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib. Azərbaycanın  Dövlət himninin səslənməsi ilə başlayan tədbirdə  Azərbaycan Prezidenti yanında Bilik Fondunun məsləhətçisi Sevinc Babayeva, M.Maqomayev adına 26 nömrəli  onbirillik musiqi məktəbinin direktoru Gülşən Quliyeva və Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova çıxış edərək Milli Musiqi Gününün ölkəmizdə  əlamətdar gün olduğunu vurğulayıblar.  Sonra Bakı Musiqi Akademiyasının elmi işçisi, doktorant Fidan Nəsirova Milli Musiqi Gününün tarixi və dahi bəstəkarımız Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında məruzə edib. 

   

Sonda  məktəbin istedadlı şagirdlərinin ifasında "Fantaziya", skripkaçılar ansamblı Ü.Hacıbəylinin, M.Maqomayevin, Q.Qarayevin, F.Əmirovun, N.Əliverdibəyovun, Z.Bağırovun, T.Quliyevin və V.Adıgözəlovun əsərlərini səsləndiriblər.

                                   

Sifai SƏFƏROVA