Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin payız semestrinin qış imtahan sessiyası çərçivəsində növbəti “Açıq qapı” günü keçirilib.

 

“Microsoft Teams” platforması üzərindən onlayn formatda baş tutan “Açıq qapı” günündə MDU-nun rektoru Şahin Bayramov tələbə, magistrant və onların valideynləri ilə görüşüb. Görüşdə universitetin inzibati heyət üzvləri də iştirak ediblər.

 

Cari imtahan sessiyası barədə məlumat verən rektor Ş.Bayramov imtahanların obyektiv, şəffaf və mütəşəkkil keçirilməsindən məmnunluğunu ifadə edib və tələbələrə uğurlar arzulayıb.

 

Səmimi ortamda keçən görüşdə iştirakçıların sualları ətraflı cavablandırılıb. Tələbələr və valideynlər universitetdə imtahan sessiyasının gedişatından və yaradılan şəraitdən razı qaldıqlarını bildiriblər.