ATU-nun Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb əməliyyat uğurla nəticələndi
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında növbəti mürəkkəb əməliyyat uğurla nəticələnib.
Universitetdən “Azərbaycan müəllimi” qəzetinə klinikanın neyrocərrahı, assistent Cəmil İskəndərovun verdiyi məlumata görə, bu dəfə yaşlı bir xəstə onurğa kanalının senozu diaqnozu ilə onlara müraciət edib: “68 yaşlı xəstəmiz bizim həmkarımızdır. Onurğa kanalının senozu xəstəliyindən əziyyət çəkir. Ona əməliyyat müdaxiləsi etməli olduq. Senoz əməliyyatının xarakterik xüsusiyyətlərində iki hal nəzərə alınmalıdır: sinir elementlərinin maksimal dekompresiyası və onurğa sütununun fiksasiyası. Fiksasiyanı bitirdikdən sonra, sinirlərin dekompresiyası, yəni sıxıntıdan azad olunmasını icra edəcəyik”.
C. İsgəndərovun bildirdiyinə görə, bir saat yarım davam edən əməliyyat uğurla nəticələnib. Hazırda xəstə özünü yaxşı hiss edir.