Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kitabxana-İnformasiya Mərkəzi ölkəmizin ən böyük universitet kitabxanalarından biridir. Kitabxananın ümumi fondu 746221 nüsxə ədəbiyyat təşkil edir ki, bunlardan 670640 nüsxəsi kitablardır. 

 

Universitetdən bildirilib ki, ən müasir standartlara uyğun qurulmuş elektron kitabxana xidməti də tələbələrin ixtiyarındadır. Hazırda ADPU-nun Kitabxana-İnformasiya Mərkəzinin e-kataloqunda 12818 adda 81746 nüsxə kitab mövcuddur.

 

Kitabxana tələbələrin tədris həyatında önəmli rol oynayır. Belə ki, başa vurduğumuz 2022-ci il ərzində kitabxanadan 9646 nəfər oxucu istifadə edib. Onların arasında 105 nəfər kənar oxuculardır. İl ərzində 22146 nüsxə kitab, 416 nüsxə dövri-elmi nəşrlərin oxuculara verilişi həyata keçirilib.

 

Ötən il ərzində 10770 nəfər elektron kitabxanadan yararlanıb.

 

Kitabxanaya daxil olmuş 7382 sorğu müvafiq qaydada cavablandırılıb.

 

Kitabxana fondunun daimi yenilənməsi də diqqət mərkəzindədır. 2022-ci ildə ADPU kitabxanasına 829 adda 3472 nüsxə yeni kitab, 18 elmlər doktorluğu və fəlsəfə doktorluğu dissertasiyası, 108 avtoreferat, 621 proqram, 22 adda 63 nüsxə dövri-elmi nəşrlər və jurnallar daxil olub.