Yanvarın 24-də elm və təhsil naziri Emin Əmrullayev Liviyanın ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naserlə görüşüb.

 

Görüşdə Azərbaycan və Liviya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.