“EduSimbioz - Təhsil üçün öyrən və öyrət” layihəsi çərçiəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) riyaziyyat və informatika müəllimliyi, riyaziyyat müəllimliyi və Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisaslarında təhsil alan tələbələri orta məktəbdə mentor olaraq fəaliyyət göstərməyə davam edirlər.
Universitetdən bildirilib ki, hazırda 53 tələbə layihədə mentor olaraq fəaliyyət göstərir. Layihə ümumtəhsil məktəblərində təhsil alan 500-dən çox məktəblini əhatə edir.
Qeyd edək ki, layihə Elm və Təhsil Nazirliyinin ötən il elan etdiyi “Təhsildə inkişaf və innovasiyalar üzrə VI qrant müsabiqəsi”nin qalibidir. Layihənin məqsədi Bakı şəhəri üzrə şagird nailiyyətləri aşağı olan Qaradağ rayonunda yerləşən 13 ümumtəhsil məktəbində 9-cu sinif şagirdlərinə tələbə-mentor, psixoloji dəstək xidməti göstərməklə Azərbaycan dili və riyaziyyat fənləri üzrə öyrənmə boşluqlarının tamamlanmasıdır.