Qəbələ Rayon Təhsil Sektorunda aparılmış monitorinqlərə dair ümumtəhsil müəssisələri və məktəbdənkənar təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.

 

Görüşdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin Tədrisin keyfiyyəti sektorunun müdiri Bəhruz Nəbili, idarənin İnzibati təşkilat sektorunun müdiri Alqış Həsrətov, rayon təhsil sektorunun müdiri Arifə Bayramova, sektor əməkdaşları və müəssisə rəhbərləri iştirak ediblər.

 

Görüşdə aparılmış monitorinqlər, cari məsələlər, tədrisin keyfiyyəti, qarşıda duran hədəflər müzakirə olunub, habelə müvafiq məsələlər barədə müəssisə rəhbərlərinə müəyyən tapşırıq və tövsiyələr verilib.

 

Sonda tədbir iştirakçılarını maraqlandıran suallara aydınlıq gətirilib.

 

Mahal MƏMMƏDOV

Şəki-Zaqatala RTİ-nin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi