Ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə dövlət büdcəsinin vəsaiti hesabına doktorantlara, ali təhsil, orta ixtisas və peşə təhsili müəssisələrində, həmçinin Azərbaycan Milli Elmlər Akademiyasının magistratura səviyyəsində təhsil alan tələbələrə verilən təqaüdlərin məbləğləri artırılıb.
Təqaüdlərin məbləğləri 2023-cü il yanvarın 1-dən aşağıdakı kimi müəyyən edilib:
1.1. Doktorantura pilləsi üzrə:
1.1.1. elmlər doktoru hazırlığı üzrə doktorantlara – 400 manat;
1.1.2. fəlsəfə doktoru hazırlığı üzrə doktorantlara – 240 manat.
1.2. Ali təhsil müəssisələrində və Azərbaycan Milli Elmlər Akademiyasında:
1.2.1. magistratura səviyyəsi üzrə:
1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 195 manat;
2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 160 manat;
3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 110 manat;
1.2.2. bakalavriat səviyyəsi üzrə:
1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 175 manat;
2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 145 manat;
3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 100 manat.
1.3. Orta ixtisas təhsili müəssisələrində:
1.3.1. akademik göstəriciləri 91–100 bal olan tələbələrə – 100 manat;
1.3.2. akademik göstəriciləri 71–100 bal olan tələbələrə – 80 manat;
1.3.3. akademik göstəriciləri 51–100 bal olan tələbələrə – 66 manat.
1.4. Peşə təhsili müəssisələrində:
1.4.1. akademik göstəriciləri “5” (yüksək texniki peşə təhsili səviyyəsində 91–100 bal) olan tələbələrə – 100 manat;
1.4.2. akademik göstəriciləri “4” və “5” (yüksək texniki peşə təhsili səviyyəsində 71–100 bal) olan tələbələrə – 80 manat;
1.4.3. akademik göstəriciləri “3”–“5” (yüksək texniki peşə təhsili səviyyəsində 51–100 bal) olan tələbələrə – 66 manat.