Beynəlxalq Muğam Mərkəzində gənc pianoçu, Beynəlxalq müsabiqələr laureatı, Prezident təqaüdçüsü Vüsalə Babayeva geniş konsert proqramı ilə çıxış edib. Üzeyir Hacıbəyliyə həsr edilmiş X Beynəlxalq Musiqi Festivalı çərçivəsində reallaşan konsertdə gənc ifaçı V.A.Motsart, F.Şopen, Q.Qarayev və S.Prokofyevin əsərlərini  ifa edib. Konsert iştirakçılarda xoş ovqat yaradıb.

    

Qeyd edək ki, Bakı şəhərində anadan olan Vüsalə Babayeva Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının fortepiano fakültəsini bitirib. Hazırda magistr pilləsi üzrə təhsilini davam etdirir. Pianoçu bir çox respublika və beynəlxalq müsabiqələrin laureatıdır. 2011-ci ildə Bolqarıstanda keçirilən XVI Beynəlxalq "Ümidlər, istedadlar, ustadlar" müsabiqəsində I yerə, 2016-cı ildə Estoniyada keçirilən VII Beynəlxalq "Baltik ulduzları" müsabiqəsində II yerə, 2017-ci ildə Almaniyada keçirilən VII Beynəlxalq “Musical fireworks in Baden-Wurttemberg” adlı müsabiqədə I yerə layiq görülüb.

  

Dünyanın ən  möhtəşəm  konsert salonlarında Azərbaycanı layiqincə təmsil edən Vüsalə Babayevaya  yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.

                                          

Sifai SƏFƏROVA