Universitet tələbələrinin və onların valideynlərinin fikirləri dinlənilib


Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) valideyn, tələbə və müəllimlər üçün “Açıq mikrofon” günü keçirilib.

 

“Açıq mikrofon” gününün keçirilməsində məqsəd tədris və imtahan prosesində tələbə və müəllimlərin, xüsusilə valideynlərin təklif və rəylərinin dinlənilməsi olub.
 

Tədbirdə çıxış edən universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov ali təhsil müəssisəsində qış imtahan sessiyasına hazırlıq prosesi, imtahanların keçirilmə qaydası və gələcək layihələr barədə iştirakçılara məlumat verib. Bildirib ki, imtahanlar Bolonya prosesinə uyğun olaraq test və yazılı formada götürüləcək. Həmçinin, imtahanların yüksək səviyyədə təşkili üçün bütün zəruri tədbirlər həyata keçirilib.
 

Çıxış edən valideynlər övladlarının təhsil aldığı ali təhsil ocağının onlarla sıx əlaqələr yaratmasından məmnunluqlarını bildiriblər.
 

Sonda suallar cavablandırılıb, fikir və təkliflər dinlənilib.