“Azercell Telekom” MMC-nin bu ilin oktyabr ayında elan etdiyi “Tələbə Təqaüdü” Proqramının nəticələri müəyyən edilib. Mərhələli seçim prosesinin sonunda “Azercell”in təqaüdçüsü adına layiq görülən 25 tələbə arasında Azərbaycan Texniki Universitetinin (AzTU) SABAH qruplarının “İnformasiya texnologiyaları” ixtisasının üçüncü kurs tələbəsi Aytən Məmmədova da var. A.Məmmədova ali təhsil müddətinin sonunadək “Azercell” tərəfindən 200 AZN məbləğində aylıq təqaüd alacaq.
Qeyd edək ki, seçim Marketinq, Biznes Analitikası, Data Elmi, İnformasiya Texnologiyaları, Kibertəhlükəsizlik kimi istiqamətlərin dəyərləndirilməsi üzrə elan edilib. “Tələbə Təqaüdü” Proqramı yalnız maddi dəstəklə məhdudlaşmır. Təqaüdlə yanaşı, bu gənclər telekommunikasiya sahəsi haqda biliklərini artırmaq, şirkətin korporativ tədbirlərinə dəvət almaq, müxtəlif təlimlərdə iştirak etmək və şirkətdə təcrübə keçmək imkanı da əldə edirlər.