Sentyabrın 21-də təhsil naziri Ceyhun Bayramov Finlandiya Respublikasının Azərbaycan Respublikasındakı səyyar səfiri xanım Arja Makkonen ilə görüşüb.
Görüşdə Azərbaycan ilə Finlandiya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib.