Lənkəran Dövlət Universitetində (LDU) Elmi Şuranın cari il üçün son    iclasında  ali məktəbin 30 illik yubileyi münasibətilə Elm və Təhsil Nazirliyi, Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran Dövlət Universitetinin rəhbərliyi tərəfindən  təltif olunan şəxslərə yubiley döş nişanları, fəxri fərmanlar, təşəkkürnamələr təqdim olunub.

 

LDU-nun rektoru, professor Natiq İbrahimov təltif olunanları təbrik edib,  onlara universitetin elmi və ictimai həyatında daha böyük uğurlar arzulayıb.

 

Təltifetmə  mərasimindən sonra Elmi Şurada “2022/2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti. Kollokviumların yekun nəticələri” müzakirə edilib. Bu barədə tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor  dosent İdrak Əsgərov məlumat verib.

 

Universitetin  elm və innovasiya məsələləri üzrə prorektoru, dosent Elvin Əliyev isə LDU-da keçirilmış respublika və beynəlxalq elmi konfransların hesabatını təqdim edib.

 

“LDU nəzdində Sosial və Aqrar Texnoloji Kollecdə payız semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti. Kollokviumların yekun nəticələri barədə” direktor  Leyla İbrahimovanın məlumatı dinlənilib.

 

Universitetin 2023-cü təqvim ili üçün smeta və ştat cədvəlinin təsdiqi haqqında  Maliyyə  və mühasibat şöbəsinin müdiri Rəşad Rzazadə məlumat verib. Məlumatda cari ildə universitetdə əmək haqqlarının artımı öz əksini tapıb.

 

Elmi Şurada cari məsələlərə də baxılıb, müzakirə olunan bütün məsələlər barədə qərar qəbul edilib.