Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) bütün əməkdaşlarına pul mükafatı ayrılıb.
Universitetdən bildirilib ki, bununla bağlı rektor, professor Gülçöhrə Məmmədova əmr imzalayıb.
Əmrə əsasən, 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə AzMİU-nun bütün əməkdaşlarına bir aylıq maaşları həcmində pul mükafatı veriləcək.