Ölkənin maliyyə qurumları arasında ən böyük işəgötürən şirkət olan “Kapital Bank”ın Gəncə şəhərindən start verdiyi “Karyera Marafonu”nun sonuncu görüş yeri Bakı olub. Belə ki, növbəti tədbir Azərbaycan Texniki Universitetində  keçirilib. Mərasimdə bir çox özəl və dövlət qurumları, həmçinin universitetlərin məsul şəxsləri iştirak ediblər.

 

“Karyera Marafonu” Dövlət Məşğulluq Agentliyinin və Gənclərin İnkişafı və Karyera Mərkəzinin dəstəyi ilə keçirilib, həmçinin özəl və dövlət qurumları ilə sıx əməkdaşlıq edilib. Tədbir zamanı karyera sərgisi, kiçik müsahibələr, təlim və seminarlar, həmçinin müxtəlif “workshop”lar təşkil olunub.

 

“Layihənin əsas məqsədi paytaxt və bölgələrdə yaşayan gənc istedadların kəşf edilməsi, onların peşəkar kadr kimi yetişdirilməsinə dəstək verməkdir. Layihə müddətində 9 şəhərdən 1713 iştirakçı marafona qoşulub. Onlardan 321 nəfər müsahibələrdə iştirak edib, 42 iştirakçı təcrübə proqramına qoşularaq və ya iş təklifi alaraq “Kapital Bank” ailəsinin üzvü olub”, - deyə bankın İnsan resurslarının idarə edilməsi departamentinin direktoru Fərqanə Məmmədova bildirib.

 

Məlumat üçün bildirək ki, “Kapital Bank” əməkdaşları sırasına qoşulmaq istəyən istedadlı, özünə güvənən və öyrənib-inkişaf etmək istəyən namizədlər üçün hazırda aktiv vakansiyalar mövcuddur. Müraciət etmək istəyən şəxslər https://hr.kapitalbank.az portalına daxil olmaqla mövcud vakansiyalarla tanış ola bilərlər.