UNEC Startap İnkubatorun təşkil etdiyi BootSTART proqramının “Pitch day” adlı təqdimatı keçirilib.
Tədbirdə Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) müəllim və tələbələri ilə yanaşı, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Coders Academy, eləcə də bu sahə üzrə digər təşkilatların nümayəndələri də iştirak ediblər.
Təqdimatda 6 həftəlik intensiv proqramda iştirak etmiş 15 komanda öz startap ideyaları ilə çıxış ediblər.
Çıxışlardan sonra münsiflər heyətinin dəyərləndirməsinə əsasən, 6 komanda -“Eddy”, “Taky”, “Probiont”, “HIRPO”, “4You”, “FeedHub” finala vəsiqə qazanıb.