Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsi, həmçinin ADPU-nun nəzdində 29 nömrəli şəhər poliklinikasının tərəfdaşlığı ilə Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzi tərəfindən Ümumdünya QİŞS-lə Mübarizə Günü münasibətilə tələbələr üçün qazanılmış immun çatışmazlığı virusu (QİÇS) haqqında maarifləndirmə sessiyası keçirilib.
Sessiyada mərkəzin həkim-infeksionisti Emilə Şahbazova tərəfindən QİSÇ-in yayılması, ondan qorunma yolları və respublika ərazisində aparılan profilaktika tədbirləri haqqında təqdimat edilib, tələbələrin sualları cavablandırılıb.