Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ)  Elm və Təhsil Nazirliyi ilə birgə “Məktəbəqədər təhsil: çətinliklər, perspektivlər” mövzusunda tədbir keçirib.

 

Tədbirdə  Elm və Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, regional təhsil idarələri və onların tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinin nümayəndələri iştirak ediblər.

 

Açılış nitqi ilə çıxış edən ARTİ-nin direktoru Rüfət Əzizov qonaqları salamlayıb və tədbirin bu günümüz üçün vacibliyini, əhəmiyyətini qeyd edib.  

 

Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, ARTİ-nin direktor müavini Ülkər Babayeva, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektorunun müdiri İlahə Rəsulova çıxış edərək, məktəbəqədər təhsildə aparılan islahatlar, günümüzün reallıqları, bu sahədə qarşıya çıxan çətinliklərdən danışıblar.

 

Tədbir ARTİ-nin Məktəbəqədər təhsilin inkişafı şöbəsinin müdiri Laləzar Cəfərovanın “Məktəbəqədər təhsilin dünəni, bu günü və sabahı”, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər təhsilin təşkili və idarəolunması sektorunun məsləhətçisi Aydan Əzimzadənin “Məktəbəqədər təhsil müəssisələrində valideynlərlə əməkdaşlıq formaları” və təhsilin idarəedilməsi üzrə mütəxəssis Rasif Dünyamalıyevin “Uşaq mərkəzli idarəetmə” mövzularında təqdimatları ilə davam edib.

 

Yekunda tədbirin mövzusu ilə bağlı ümumi müzakirə keçirilib, tədbir iştirakçılarının sualları cavablandırılıb, təkliflər dinlənilib və fikir mübadiləsi aparılıb.