Türkiyənin Aydın Sökə Fevzipaşa orta məktəbi ilə Bakı şəhəri 180 nömrəli tam orta məktəbi birlikdə "Bir millət, iki dövlət" adlı rəsm sərgisi təşkil edib.
Aydın Sökə Nova alış-veriş mərkəzinin sərgi salonunda təşkil olunan sərgidə çıxış edən Bakı şəhəri 180 nömrəli tam orta məktəbin müəllimi Sahib Şəmizadə bildirib ki, sərginin əsas məqsədi iki ölkənin uşaqları arasında dostluq və qardaşlıq əlaqələrini gücləndirmək, istedadlı şagirdləri aşkar etmək və onların yaradıcılıq qabiliyyətini inkişaf etdirməkdən ibarətdir.
Sərgidə Aydın Sökə təhsil idarəsinin müdiri Şərafəttin Yapıcı, Sökə bələdiyyə başkan yardımçısı Veli Devrim Yerli, Fevzipaşa orta məktəbinin direktoru İbrahim Taşar, müəllimlər və şagirdlər iştirak ediblər.