2023-cü ilin may-iyun aylarında ali təhsildə yüksək akademik göstəriciləri olan tələbələr üçün “Heydər Əliyev təqaüdü” təsis ediləcək.

 

AZƏRTAC xəbər verir ki, bu, Prezident İlham Əliyevin 2022-ci il 28 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə bağlı Tədbirlər Planı”nda əksini tapıb. İcraçı qurumlar Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Elm və Təhsil Nazirliyi və Maliyyə Nazirliyidir.