UFAZ Karyera Mərkəzi Azərbaycan- Fransız Universitetində  (UFAZ) müxtəlif şirkətlərin iştirakı ilə Karyera sərgisi təşkil edib.

 

Sərgi zamanı ayrı-ayrı universitetlərdən olan tələbələr “Prosol” şirkətinin  “Emosional intellekt”, “Azercell” şirkətinin  “Mükəmməl CV” seminarında iştirak ediblər. Bundan başqa, “bp” şirkətinin nümayəndələri iştirakçılar üçün təcrübə imkanları ilə bağlı təqdimatla çıxış ediblər.

 

Sərgiyə müxtəlif sahələri (enerji, infrastruktur, mühəndislik, bankçılıq, informasiya texnologiyaları, dağ-mədən sənayesi və biznes) təmsil edən bir çox şirkətlər qatılıb.  "Socar", "Socar Polymer", "Socar Downstream", "bp", "EiGroup", "Holcim", "Prosol", "STP", "Azercell", "Simbrella", "Emanat" şirkətlərinin, o cümlədən AQTA, Dövlət Məşğulluq Agentliyi və Mərkəzi Bankın nümayəndələri iştirakçıları öz məlumat stendləri ilə tanış edib, karyera və təcrübə imkanları haqqında fikir mübadiləsi aparıblar.

 

Sərgidə 300-dən çox tələbə iştirak edib. Tədbir zamanı iştirakçılar yaradılmış CV bank vasitəsilə şirkətlərə öz CV-lərini göndəriblər.