Lənkəran şəhər V.Əliyev adına 4 nömrəli humanitar təmayüllü məktəb-liseydə “Fənn müəllimləri və psixoloqları üçün UNESCO-nun qlobal dərsləri çərçivəsində şagirdlərə gender bərabərliyi dərslərin keçirilməsi üçün metodik və praktik dəstək” layihəsi üzrə təlim keçirilib.

 

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) nümayəndələrinin iştirakı ilə keçirilən tədbirə təlimçi və ekspert qismində bu qurumun beynəlxalq layihələr şöbəsinin müdiri Elçin Sərdarov və şöbənin baş mütəxəssisi Vüsalə Həsənova da qatılıblar.  Təlim zamanı fənn müəllimləri “Gender bərabərliyi”nin tərifi, gender bərabərsizliyinin səbəbləri və nəticələri barədə məlumatlandırılıb və  gender bərabərliyini təbliğ etməyin yollarını öyrəniblər. Həmçinin  onlar gender bərabərliyi ilə bağlı sosial eksperiment-çarxını seyr ediblər.

 

Təlimdə fəallıq göstərən iştirakçılar sertifikatlarla mükafatlandırılıb.

    

Sifai SƏFƏROVA.