Mingəçevir Dövlət Universitetinin (MDU) Mühəndislik fakültəsinin üçüncü kurs tələbəsi Fatma Mirzəzadə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) adlı təqaüdünə layiq görülüb. MDU tələbəsi, eyni zamanda, təhsildə və ictimai işlərdə əldə etdiyi uğurlara görə ATİAHİ-nin Fəxri fərmanı ilə təltif edilib.

 

Bununla əlaqədar olaraq, MDU-nun rektoru Şahin Bayramov tələbə F.Mirzəzadə ilə görüşüb. Görüşdə MDU-nun Həmkarlar Təşkilatının sədri Ariz Abbasov və fakültənin dekan əvəzi Almaz Əliyeva da iştirak ediblər.

 

Sözügedən adlı təqaüdün imtahan sessiyasında yüksək nəticə əldə edən və həmkarlar ittifaqında fəallıq göstərən tələbələrə təqdim edildiyini bildirən rektor bu münasibətlə F.Mirzəzadəni təbrik edib.

 

Ölkə üzrə adlı təqaüdə layiq görülən 65 tələbədən biri olmağı mühüm nailiyyət kimi dəyərləndirən Ş.Bayramov MDU tələbəsinə uğurlarının davamlı olmasını arzulayıb.

 

F.Mirzəzadə göstərilən diqqətə görə təşəkkürünü bildirib.