Türkmənistanın Məhtimqulu adına Türkmən Dövlət Universitetinin təşkilatçılığı ilə ali məktəb tələbələri üçün Kimya fənni üzrə beynəlxalq internet-olimpiada keçirilib. İnternet-olimpiadada dünyanın 20-dən artıq ölkəsindən 66-dan çox ali məktəbi 324 tələbə təmsil edib.
Olimpiada “A” və “B” kateqoriyaları üzrə keçirilib. Beynəlxalq ekspertlər qrupu tərəfindən hazırlanmış tapşırıqlar mürəkkəblik dərəcəsi ilə fərqlənib.
Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin II kurs tələbəsi Aydın Məmmədov, III kurs tələbələri Əhməd Məmmədzadə, Nigar İlyasova, Nəzakət Yusifli, Kənan Ağayev (SABAH qrupu) olimpiadada uğurlu nəticə göstərərək “A” kateqoriyası üzrə III yerə layiq görülüblər.
Bu barədə BDU-dan bildirilib.