ABŞ-ın Azərbaycandakı səfirliyinin dəstəyi ilə keçirilən Beynəlxalq Təhsil Həftəsi çərçivəsində Amerikanın Merilend Universitetinin Beynəlxalq Tələbələr və Alimlər Ofisinin direktoru Adam Culian, səfirliyin proqram direktoru Aydan Əsgərova və Bakı-Amerika Mərkəzinin əməkdaşı Əli İbrahim Mingəçevir Dövlət Universitetində (MDU) olublar.
Nümayəndə heyəti MDU rektoru Şahin Bayramov ilə görüşüb, professor-müəllim və tələbə heyəti üçün “ABŞ-da ali təhsil imkanları” mövzusunda məlumatlandırıcı tədbir keçiriblər.
Tədbirdə ABŞ universitetlərində təhsil almağın üstünlükləri, təqaüd proqramları, qəbul şərtləri, təhsil növləri, sosial həyat və digər imkanlar barədə ətraflı məlumatlar verilib və iştirakçıların sualları cavablandırılıb.