Elm və təhsil naziri Emin Əmrullayev Özbəkistana səfəri çərçivəsində Özbəkistan Respublikasının məktəbəqədər təhsil naziri Aqrippina Şin ilə görüşüb. Tərəflər məktəbəqədər təhsil sahəsi üzrə təcrübə mübadiləsi və mümkün əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparıblar.

 

Nazir “Erkən uşaqlıq dövründə qayğı və təhsil” beynəlxalq konfransı çərçivəsində Dünya Bankının erkən uşaqlıq inkişafı üzrə qlobal rəhbəri Amanda Devercelli ilə görüşüb. Görüşdə təhsil sahəsində ikitərəfli əməkdaşlığın gələcək inkişaf perspektivləri müzakirə edilib.

 

Qeyd edək ki, Emin Əmrullayevin Özbəkistana 14-16 noyabr tarixlərində olan səfəri başa çatıb.