ABŞ-ın Merilend Universitetinin Baltimor qraflığı Beynəlxalq Tələbələr və Alimlər Ofisinin direktoru Adam Culian Beynəlxalq Təhsil Həftəsi çərçivəsində Gəncə Dövlət Universitetinin (GDU) tələbələri ilə görüşüb.
ABŞ-ın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən görüşdə Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən universitetlər haqqında ətraflı məlumat verilib və sözügedən ali məktəblərə qəbul olmaq üçün şərtlər izah edilib. Bununla yanaşı, universitetlər arasında əməkdaşlığa dair müzakirələr aparılıb.
Görüşdə bildirilib ki, ABŞ universitetlərinə müraciət edən tələbələr dünya səviyyəli təhsil almaq imkanı əldə edəcək və onlara gələcək karyeralarının inkişafı üçün şərait də yaradılacaq.
Sonda tələbələrin sualları cavablandırılıb